Amma bəzən insanlar çox az bilinən yerlərə səfər etməyi üstün tuturlar. Səyahət edə biləcəyimiz gözəl ölkələr, şəhərlər çoxdur. Bir də elə yerlər var ki, istəsək də, bu yerləsə səfər edə bilmərik. Bu yerlərdən bəziləri dövlət tərəfindən mühafizə edilir, bəziləri isə təhlükəli olduqları üçün bağlıdır.
XəzərXəbər Ölkə.Az-a istinadən bu yerlərin siyahısını oxucularına təqdim edir.
51-ci Zona, ABŞ
51-ci Zona haqqında bir çox hekayə var. ABŞ-ın Nevada ştatında, səhranın tam ortasında yerləşir. İddiaya görə, ABŞ bu bölgədə yadplanetlilərlə rabitə qurur. 1947-ci ildə bölgəyə UNO düşüb. Ərazidə yadplanetlilərlə bağlı bir sıra kritik araşdırmalar aparılıb. 51-ci Zonaya uzaqdan baxanda anqar və təyyarə meydançaları görünür. Yerin altında isə müxtəlif laboratoriyalar var. Əraziyə ancaq orada işləyənlər girə bilir. Bazaya kənar şəxs yaxınlaşsa, ona atəş açıla bilər.
Qapalı Maraş, Kipr
Əsl adı Varoşhadır. İllər əvvəl turizm məkanı olub. Hətta Hollivud ulduzları da burada dincəliblər. 1970-ci ildə 10 min nəfərlik Maraş ən parlaq dövrünü yaşayıb. 1974-cü ilin 13 avqust tarixində Türk Silahlı Qüvvələri Kipr Hərəkatı ilə bölgəni ələ keçiriblər. 14 avqustdan ərazi vətəndaşlar üçün bağlanıb.
Şimali Sentinel adası, Hindistan
Hind okeanında olan və Hindistana aid adada Sentinel qəbiləsi və hindlilər yaşayırlar. Ada sakinləri dünyadan tamamilə təcrid olunmuş formada yaşayırlar və digər insanlarla əlaqə qurmağı əsla qəbul etmirlər. Adaya yanaşan bütün vasitələrə oxla hücum edirlər. İngilis və hindistanlı antropoloqlar illər boyu ada sakinləri ilə əlaqə yaratmağa çalışıblar. Amma bölgə xalqı buna icazə verməyib. Bu səbəbdən adaya səfər etmək qadağandır.
Laskou mağarası, Fransa
Laskou mağarası ən qədim sənət əsərləri və qayaüstü rəsmlərlə zəngin bir məkandır. 1940-cı illərdə kənd uşaqları oynamaq üçün bu mağaraya girib və qayaüstü rəsmlər aşkar edilib. 20 mindən çox qayaüstü rəsmin bir çoxu heyvan təsvirlərinə aiddir. Arxeoloji qazıntılar aparıldıqdan sonra 1948-ci ildə turistlər üçün açıq elan edilib. Amma istək çox olduğu üçün 1963-cü ildə mağaraya giriş qadağan edilib.
Svalbard qlobal toxum anbarı, Norveç
Norveç ərazisində fəlakət ehtimalına qarşı inşa edilib. Bütün dünyadakı bütün bitkilərə aid toxumlar burada saxlanılır. Pis hava şəraiti, nüvə hücumu kimi bir çox hadisəyə davamlı inşa edilib. Noveçin qütblərə çox yaxın bir bölgəsində qurulub. Təhlükəsizlik səbəbindən əraziyə heç kəs buraxılmır.