Beynəlxalq Təbiətin Qorunması Birliyinin nümayəndələri zürafələrin yer üzündən tamamilə yoxa çıxa biləcəyini bildiriblər.
1985-ci ildən bəri bu heyvanların sayı 152 mindən 90 minə qədər azalıb. Alimlər güman edirlər ki, belə getsə, XXI əsrin sonuna qədər yer üzündə zürafə qalmayacaq.
Zürafələrin azalmasına əsas səbəb kimi Afrikada baş verən hərbi konfliktlər və kənd təsərrüfatı sahələrinin genişlənməsi göstərilir./publika.az