Çində bir-birinin yanında olmaqla 721 çadırın qurulması Ginnesin Rekordlar Kitabına düşüb. Bu barədə UPI agentliyi məlumat yayıb.
Xezerxeber.az xəbər verir ki, Vuqonq dağının yamacında yerləşən çadır "karvanının” uzunluğu təxminən 14 kilometrdir. Təşkilatçıların bildirdiyinə görə, hava şəraiti rekord üçün çox əlverişsiz olub; güclü külək əsib, yağış yağıb. Lakin 200 könüllünün köməyi sayəsində onlar öz məqsədlərinə çata biliblər.