Azərbaycanın "Odlar Yurdu” Universitetinin mətbuat katibi Günay İmanova xanım tələbələrə təhsil müəssisəsinə gələrkən dikdaban ayaqqabı geyinməsinə qadağa ilə bağlı məsələyə aydınlıq gətirib.
Oxu.Az-a açıqlamasında G.İmanova bildirib ki, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur.
"Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.
Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir”, - G.İmanova deyib.
Qeyd edək ki, məsələ ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.