Şamaxı Astrofizika Rəsədxanasında Ayın teleskopla müşahidəsi təşkil ediləcək.
Rəsədxanadan verilən məlumata görə, müşahidə bu gün Beynəlxalq Ay Müşahidəsi Günü çərçivəsində (hava şəraiti əlverişli olarsa) baş tutacaq.
Şamaxı Astrofizika Rəsədxanasına hər kəsi Ayı teleskopla müşahidə etməyə dəvət edir.
Məqsəd hər il bir gün bütün Yer üzündə olan hər kəsi Ayı birlikdə müşahidə etməyə və öyrənməyə dəvət etmək.Bu il bu hadisə dünyanın bir çox ölkələrində 800-dən artıq tədbirlə qeyd olunur./publika.az