Qiyamət gününün yaxınlaşdığı barədə fikirlər tez-tez səslənir. Məlumatlara görə, "Quran"da qiyamətin əlamətləri böyük və kiçik olmaqla 2 yerə ayrılır.
XəzərXəbər ilahiyyatçı yazar Mehmet Paksunun qiyamətin gerçəkləşən əlamətləri barədə fikirlərini təqdim edir. Beləliklə, ilahiyyatçı aşağıdakı qiyamət əlamətlərinin gerçəkləşdiyini bildirir.
1. Elm ortadan qalxacaq, cəhalət onun yerini tutacaq.
2. Sərxoşluq verən içkilər yayılacaq.
3.Çobanlar varlanaraq bina tikintisinə başlayacaq. Hündür binalar artacaq.
4. 50 qadına bir kişi düşəcək, qadın sayı çoxalacaq.
5. Qadınlar ictimaiyyətə çıxacaq.
6. Qadınlar kişiyə bənzəməyə çalışacaq.
7. Qadınlar qadınlarla, kişilər kişilərlə kifayətlənəcəklər.
8. Zina açıq hala gələcək.
9. Pislik və əxlaqsızlıq artacaq.
10. Acıqlıq və həyasızlıq yayılacaq.
11. İnsanlar həyatlarından bezərək ölülərə həsəd aparacaqlar.
12. "Alah, Allah" deyən heç kəs qalmayacaq.
13. Gecəylə gündüz bir-birinə bərabərləşdikcə qiyamət yaxınlaşacaq.
14.Məscidlər bəzənəcək, amma ibadətə önəm verilməyəcək.
15. Cihad və irşad tərk ediləcək.
16. Dindən kənar elmlər öyrəniləcək.
17. "Quran"ın əhamiyyəti unudulacaq.
18. Namaz qılınmayacaq.
19. Əmanətə xəyənat olunacaq.
20. Kişilər valideynlərinə itaət etməyib, ancaq xanımlarına itaət edəcəklər.
21. Cəmiyyət keçmişinə lənət oxuyacaq.
22. Səviyyəsiz və bacarıqsız insanlar rəhbərliyə gətiriləcək.
23. Rəhbərlər insanlara zülm edəcək.
24. Axmaq və alçaqlar dünyanın ən xoşbəxt adamları olacaq.
25. Ticarət dürüst olmayan insanların əlinə keçəcək.
26.Hamı yalançılara inanacaq, doğru danışanlara etibar azalacaq.
27. İnsanlar ulduz falına inanacaqlar.
30. Ani ölümlər artacaq.
31. Cahil və dürüst olmayan sufilər artacaq.
32.Qohumluq əlaqələri kəsiləcək.
Movqe.az