Xəzər Xəbər

İspaniyada “Ginnesin rekordlar kitabı”na düşən iki rekord qeydə alınıb

Maraqlı | 16:32 • 15 Oktyabr 2018
İspaniyada “Ginnesin rekordlar kitabı”na düşən iki rekord qeydə alınıb

Bu yaxınlarda İspaniyanın Toledo şəhərində iki rekord qeydə alınıb. Belə ki, dünyanın ən böyük yeməyi olan əllə doğranmış İberiya xamonu və onu birgə doğrayan 120 peşəkar işçi "Ginnesin rekordlar kitabı”na düşüblər.


Dağınıq sklerozdan əziyyət çəkənlərin yerli cəmiyyəti üçün keçirilən tədbir "Embutidos España” assosiasiyasının Torrixos meriyası ilə əməkdaşlığı şəraitində təşkil edilib.


Şəhərin əsas meydanında 500 kiloqram çəkisi olan nəhəng xamon masanın üzərinə qoyulub. Beləliklə, 2016-cı ildə Toledoda qeydə alınmış rekord təzələnib. Həmin vaxt bu şəhərə İspaniyanın qastronomik paytaxtı titulu verilməsi münasibətilə əllə doğranmış 392 kiloqramlıq xamon təqdim olunmuşdu.


Torrixosda ikinci rekorda da imza atılıb: İspaniyanın müxtəlif guşələrindən, hətta xarici ölkələrdən İberiya xamonu doğrayan 205 peşəkar bu şəhərə toplaşıb. Onlar tamamilə pulsuz işləyərək 2,5 saat ərzində 210 donuz ayağı doğrayıblar.


Xamonun satışından əldə olunan vəsait Toledoda İflicin Müalicəsi Milli Tibb Mərkəzinin tədqiqatlarına sərf olunacaq. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar