İnsan sağlamlığına faydaları saymaqla bitməyən nar immun sistemini gücləndirərək, başda xərçəng olmaqla bir çox xəstəlikdən qurtulmağa kömək edir. Həmçinin qabıqları da orqanizm üçün çox lazımlıdır.
Oxucuları nar qabıqlarının səhhətimizə faydaları ilə tanış edirik.
C vitamini baxımından olduqca zəngin olan nar dərinin kollagen quruluşunu dəstəkləyərək ona daha parlaq və sağlam görünüş verir. Nar suyunun dəri hüceyrələrini yeniləyərək müxtəlif dəri xəstəliklərinə yaxşı təsir etdiyi çoxdan sübut olunub.
Nar qabığının tərkibindəki ellagik turşusu isə xərçəng hüceyrələrinin yaranmasına mane olur. Nar qabığı çayı dəri, mədəaltı vəzi kimi ciddi xərçəng xəstəliyinin müalicəsində effektiv nəticə göstərir.
Nar qabığı yalnız xərçəngi deyil, pis xolesterini də aşağı salmağa yardım edir. Dişlərə üçün də faydalı olan nar qabığı diş məcununun əsas maddəsidir.
Nar qabığı çayı necə dəmlənir?Nar qabıqlarında olan ağ hissələri ayırın və qabıqları qəzetə büküb qaranlıq və rütubətsiz şəraitdə saxlayın. Quruyan nar qabığını xırdalayaraq bir fincana töküb üzərinə isti su əlavə edin və 3 - 4 dəqiqə dəmlənməsini gözləyin.
Nar çayını gündə 3 fincandan artıq içməmək məsləhət görülür.
Nar qabıqları ilə saç baxımı
Nar qabıqlarını qaynadıb saça sprey olaraq tətbiq etmək olduqca faydalıdır. O, saç uclarını və saç köklərini bəsləyib nəmləndirəcək, həm də saçların uzanmasını sürətləndirəcək./publika.az