Xəzər Xəbər

BÖYÜK KƏŞF: Alimlər özünü bərpa edən maddə yaratdı

Maraqlı | 14:11 • 14 Oktyabr 2018
BÖYÜK KƏŞF:

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksidlə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.

Materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiriylə özünü bərpa etməsidir.

Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur.

Yeni materialdan qoruyucu dam örtüklərinin və təmir materiallarının istehsalında istifadə etmək mümkündür.(Trend)

Xəbər lenti

Çox oxunanlar