Mütəxəssislər D vitamini ilə bağlı maraqlı nəticəyə gəliblər.
Oklend və Aberdin universitetlərinin mütəxəssisləri D vitamininin insanın sümüklərinin bərkiməsində heç bir rol oynamadığını qeyd ediblər.
Alimlərin bu kəşfinə qədər D vitamininin sümüklərin bərkiməsinə kömək etdiyi deyilirdi. Guya ki, bu vitamin mədə-bağırsaq traktında kalsium və maqneziumun birləşdirilməsi funksiyasını yerinə yetirirmiş. Ona görə də, mütəxəssislər D vitamin ilə yanaşı kalsiumun də qəbul edilməsini məsləhət görürlər.
Məlum olub ki, şimal ərazilərində yaşayan insanlar günəş şüalarını az gördükləri və orqanizmlərində D vitamini çatışmadığı üçün bioloji aktiv əlavələrdən istifadə edirlər. Amma aparılan araşdırmalar göstərib ki, əlavələr şəklində qəbul edilən D vitamini sümüklərin qırılması hallarının azaltmır və sümük toxumalarının sıxlığını artırmır.
D vitaminini yalnız təbii halda qəbul etməklə istənilən effektə nail olmaq olar. Bunlara günəş şüaları, dəniz məhsulları, balıq yağı, göbələk və s. daxildir. (Sputnik Azərbaycan)