Xəzər Xəbər

Almanı qabığı ilə yeyin - bu təhlükəli xəstəlikdən qorunacaqsınız

Maraqlı | 14:42 • 9 Oktyabr 2018
Almanı qabığı ilə yeyin - bu təhlükəli xəstəlikdən qorunacaqsınız

Viskonsin Universiteti (ABŞ) alimləri alma qabığının yeni inanılmaz faydasını aşkar ediblər.

Amerika alimlərinin apardığı araşdırma göstərib ki, alma qabıqlarının tərkibində olan antioksidantlar xərçənglə mübarizə etməyə kömək edir.

Belə ki, eksperiment zamanı məlum olub ki, alma qabığında olan faydalı maddələr xərçəng hüceyrələrin inkişafını ləngidir, onların aktivliyini və həyat qabiliyyətini azaldır. Bu xüsusilə prostat və süd vəzi xərçənginə aiddir.

Alimlərin fikrinə görə, alma qabığı həmçinin xərçəngə qarşı çox güclü profilaktik vasitə sayıla bilər.

XəzərXəbər saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər almanı qabığı ilə yeməyi tövsiyə edir.

Alma qabığı ürək-damar sistemini möhkəmləndirən faydalı maddələrlə də zəngindir.

Təəssüf ki, alma qabığında kənd təsərüfatında istifadə olunan kimyəvi maddələr (pestisidlər və s.) yığılır. Bu səbəbdən mütəxəssislər almanı 20 dəqidə ərzində soda əlavə olumuş suda saxlamağı və daha sonra suda yaxalamağı tövsiyə edir. Bu üsulla qabıqda yığılan ziyanlı maddələrdən qurtulmaq mümkün olur.

Xəbər lenti

Çox oxunanlar