Sümüklərin zahiri forması irsi xüsusiyyətdən asılı olduğu qədər, əzələ fəaliyyətindən də asılıdır.
Əzələlərin dartma qüvvəsi nəticəsində sümüklərin üzərində əzələ bağlanan yerdə hündürlüklər (çıxıntılar, qabarlar, çuxurlar və s.) əmələ gəlir. Bu da onu deməyə əsas verir ki, əzələ nə qədər çox inkişaf edərsə, sümük hündürlükləri də bir o qədər çox inkişaf edər.
Ümumilikdə insan orqanizmində sümüklərin inkişafı, boy artımı 25 yaşdan sonra yavaş-yavaş azalmağa başlayır. Lakin xüsusilə ayaq sümüklərinin inkişafı orta hesabla 15 yaşına qədər artıq tamamlanmış olur. Kişilərdə bu sabit qalsa da, qadınlarda tam əksinə dəyişir. Bəs bunun səbəbi nədir?
XəzərXəbər oxucularına qadınların ayaq ölçülərinin dəyişkən olmasının maraqlı səbəblərini təqdim edir:
Həkimlər bu məsələni geniş tədqiq etdikdən sonra bu qənaətə gəliblər ki, qadınların ayaq ölçülərinin dəyişməsinə səbəb müəyyən yaş dövründə keçirtdikləri hormonal dəyişikliklərdir. Bu qətiyyən sümük böyüməsi, uzanması deyil.
Diqqət etsəniz qadınlar 36 ölçüdə ayaqqabı geyindikləri halda müəyyən dövrdən sonra 2 ölçü böyük, yəni 38 ölçü ayaqqabı geyinirlər. Bu böyümə birbaşa qadınların həyatındakı 3 dövrlə əlaqəlidir:
1. Ilk olaraq, yetkinlik yaşına çatmış qızlarda aybaşı prosesinin başlaması ilə müşahidə edilir. Orqanizmdə gedən genişmiqyaslı dəyişikliklər sümük toxumalarına da təsir edərək onların artmasına səbəb olur.
2. Daha sonra hamiləlik dövründən sonra qadınlarda bəzi hormonlar oynaqlardakı sərt toxumalara - liqamentlərə və əzələlərə təsir edərək onları boşaldır. Bu dövrdə qazanılan əlavə çəkilər ağırlıq səbəbi ilə ayaqların pəncə və xüsusilə daban nahiyəsində müəyyən qədər enlənmələrə səbəb olur.
3. Ayaqqabı ölçüsünün dəyişməsinə səbəb olan üçüncü amil isə qadın orqanizminin sonuncu dəyişimə uğradığı proses yəni, "postemenopauz" adı verilən klimaks dövrüdür. Bu dövrdə isə əzələlərdəki tonus əskikliyi və sümüklərin yetərli mineral maddələrlə təmin edilməməsi ölçülərin dəyişməsinə gətirib çıxarır.
Kişilərdə bu prosesin 17-18 yaşlarından sonra sabit olaraq qalması da, məhz bu fərqlə bağlıdır. Qadınların ayaq ölçülərində yaşadığı digər problemlər erkən döyənəkləşmə, topuq dikliyi, düz və enli pəncə ola bilər. Bu problemlərin bəziləri məhz yanlış ölçüdə ayaqqabılardan istifadə edildiyi zaman da meydana çıxa bilir.
Mütəxəssislər qeyd edir ki, ayaqqabıların dikliyi normal standartlara uyğun şəkildə 2 santimetr olmalıdır. Ayaqqabı seçimi zamanı topuq ətrafı daha sərt olan, yan tərəfləri bağlı ayaqqabılara üstünlük verilməlidir. İnsan uzun müddət ayaq üstə qalanda ayaqlarda şişkinlik yaranır və yanları açıq ayaqabılar ayaqların formadan çıxmasına səbəb olur. Hətta idman üslubunda ayaqqabılar seçərkən belə, bu kriteriyalar gözlənilməlidir.
Hündürlüyü 4-5 santimetrdən çox olan hündürdaban ayaqqabılar
qadınlara estetik ideal görünüş bəxs etsə də, sağlamlıq baxımından
olduqca ciddi fəsadlar yaradır.
Kişilər hər mövzuda olduğu kimi, bu mövzuda da qadınlardan şanslıdırlar.
Dizayn baxımından kişi ayaqqabılarının çeşidləri olduqca az olduğundan
ayaqqabı seçimində elə də ciddi problem yaşamırlar.
saglamolun.az