İndoneziyanın Sulavesi adasında yaşayan Toraja qəbiləsi hər il ölülərini şərəfləndirmək məqsədi ilə qəbirdən çıxarırlar.
Qəbirlərdən çıxarılan meyitlərə gözəl paltarlar geyindirilir, gəzdirilir və fotolar çəkilir. Bu adət dünya mədəniyyəti üçün qorxunc olsa da, bölgə xalqı üçün müqəddəs bir ayindir.
Ötən gün Maeaen məhsul bayramı zamanı Torajada Lembanq Lempo Poton kəndində yeni fotolar çəkilib. Cənubi Sulavesi adasındakı Toraja xalqı ailə münasibətlərinin ölümlə başa çatmadığına inanır. Yerli sakinlər hər il qohumlarının meyitlərini qəbirdən çıxarır, təmizləyir və geyindirirlər.
Bu il isə keçirilən ayinlərə kənardan insanların tamaşa etməsinə icazə verilib. Mərasimdə turistlər də iştirak edib.
Üç gün davam edən ayinlərdə qohumlar, dostlar, uşaqlar və hətta körpələrin də qəbirləri qazılır. Ailələr tabutları açır və meyitlərin qurumasını təmin edir.
mənbə: olke.az