Britaniya Kolumbiya Universitetinin bir qrup alimi A, B və AB qan qruplarını 0 Rh(-) qan qrupuna çevirmək məqsədilə yeni üsul kəşf edib.
Tədqiqatı həyata keçirən alimlərdən biri -
Stefen Vithers A, B və AB qan qruplarında immunitet tərəfindən tanınan
fərqli şəkər molekullarının olduğunu deyib. Vurğulanıb ki, 0 Rh(-) qan
qrupunda isə belə molekul yoxdur.
1980-ci illərdən bəri şəkər
molekulları üçün "qayçı” funksiyasını yerinə yetirən metod üzərində
işlənilir. Nəticədə insan bağırsağındakı bakteriyalardan istifadə
edilməklə belə bir üsul kəşf olundu.
Tədqiqat zamanı 20 min nəcis üzərində iş aparılıb və qan qruplarındakı şəkəri məhv edən ferment sinfi aşkarlanıb. Yeni üsulun tətbiqi üçün təhlükəsizlik testləri həyata keçiriləcək.