Xəzər Xəbər

765 minə papaqlar: materialı sizi ŞOKA SALACAQ

Maraqlı | 15:26 • 27 Avqust 2018
765 minə papaqlar:

Mamont dərisindən hazırlanan nadir papaqların satışı mediada gündəm olub.

Rusiyada mamont dərisindən hazırlanan nadir papaqlar mamont dərisi və yunundan əşyaların sərgiləndiyi muzeydə satışa çıxarılacaq.

Müştərilərə məhsulun hazırlanmasında istifadə edilən əşyaların sertifikatı təqdim ediləcək.

Papaqları Vladimir Amasov hazırlayır. Onun sözlərinə görə, mamont yunu ona əmisindən qalıb:

"Əmim onu Kazak kəndində olanda toplayıb. Mənim 44 yaşım var. Həmişə düşünürdüm ki, bunu necə istifadə edim ki, qazanc əldə edim. Qərar gəldim ki, yunu ənənəvi üsulla nadir tapılan papağa çevirim. Adətən belə baş geyimləri xüsusilə milli bayramlarda kişilər tərəfindən istifadə edilir. Eləcə də turistlərin marağına səbəb olur".

Onun sözlərinə görə, mamont yunu isti saxlayır və kəskin qoxusu olmur. Yunun yeganə çatışmazlığı ondadır ki, çox qalın və kobud tükləri var. Bu səbəbdən papaqlar nisbətən tikanlı olur. Papaqlarının 765 min publa (təxminən 17 min manat -red.) satışa çıxarılacağı bildirilir./publika.az



Xəbər lenti

Çox oxunanlar