Xəzər Xəbər

Xərçəngin yeni əlaməti aşkar edildi

Maraqlı | 13:08 • 25 Avqust 2018
Xərçəngin yeni əlaməti aşkar edildi

"Vlad Taym” saytında 35 yaşlı britaniyalı qadın Ceyd Bolduinin başına gələn qəribə hadisədən bəhs olunur. O, ilk dəfə tənəffüs çətinliyindən şikayət ilə 2016-cı ildə klinikada müalicə edilib. Qadına "virus infeksiyası” diaqnozu qoyulub və antivirus dərmanları yazılıb. Lakin iki aydan sonra limfa düyünləri böyüyüb və "limfa sisteminin xərçəngi” diaqnozuna çevrilib.

Cəmi bir il müddətində xərçəng dördüncü dərəcəyədək böyüyüb və metastazlar bütün orqanlara yayılıb. Həm də həkimlərin etiraf etdiyinə görə, xəstəliyin qeydə alınan qeyri-tipik əlamətləri daha erkən dəqiq diaqnoz qoyulmasına mane olub. Belə ki, qadın davamlı olaraq ayaqlarında qaşınmadan şikayət edir və bəzən onları qanayana qədər qaşıyırmış.

Bununla yanaşı, xəstədə zəiflik əlamətləri də görünüb, amma xərçəngin xarakterik simptomu olan limfa düyünlərinin böyüməsi müşahidə olunmayıb. Bu səbəbdən qadın müvafiq mütəxəssis köməyinə ehtiyac duymayıb. İndi həkimlər limfatik sistemin xərçənginin əlamətləri siyahısını yeniləməyi və ayaqlarda qaşınmanı da bu simptomların sırasına əlavə etməyi təklif edirlər.

Xəbər lenti

Çox oxunanlar