Xəzər Xəbər

Alimlərdən İNANILMAZ KƏŞF: Daha qan problemi olmayacaq

Maraqlı | 16:41 • 23 Avqust 2018
Alimlərdən İNANILMAZ KƏŞF:

Alimlər A və B tipli qan qruplarının hər kəsə qan verə bilən O tipli qan qrupuna çevirməyin üsulunu kəşf edib.

İngiltərə mətbuatının yazdığına görə, Britiş Kolumbiya İnstitutunun araşdırmanı aparan qrupu bu üsulu necə kəşf etdiklərini açıqlayıb.

Açıqlamada bildirilir ki, AB, A, B və O tipli dörd əsas qan qrupu var.Hər bir qan qrupunda qırmızı qan hüceyrələrinin antigenlərinin varlığı ayırd edilir. A tip qan qrupu A antigeni, B tip qan qrupu B antigeninə,AB tipli qan qrupu isə hər ikisinə malikdir.

A tipli qana sahib olanlar B tip qanı qəbul edə bilməz. O tipli qan qrupunda qırmızı qan hüceyrələrinin antigeni yoxdur. Xüsusən də, - O ən dəyərli qandır, çünki bu qan qrupu hər kəsə qan verə bilir.

Alimlər AB, A və B qan qruplarının O qrupuna uyğunlaşdırması üzərində uzun müddət araşdırma aparıb. Lakin təhlükəsiz və iqtisadi baxımdan səmərəli üsul əldə edilmirdi. Yeni yanaşma isə daha etibarlı qan qrupu əldə etməyə imkan yaradır./publika.az

Xəbər lenti

Çox oxunanlar