Xəzər Xəbər

Kral ailəsində dayələr üçün İNANILMAZ TƏLƏBLƏR

Maraqlı | 12:40 • 21 Avqust 2018
Kral ailəsində dayələr üçün

Keyt Midlton və Şahzadə Viliamın bir neçə ay əvvəl üçüncü övladının dünyaya gəlməsi ilə uşağın dayə seçimi də gündəmdədir. Məlumata görə, Şahzadənin üç uşağının dayəsi ispan əsilli Maria Borrallodur. Ancaq kral ailəsində dayə olmaq heç də asan deyil.

Bəs kral ailəsində dayə olmaq üçün tələblər nələrdir?

Publika.az xəbər verir ki, dayələr mütləq Norland Kollecindən məzun olmalıdırlar. Bu kollecə heç də hər kəs daxil ola bilmir. Kollecdə təkcə uşaq baxmaq yox, psixologiya, tarix, fəlsəfə, sosiologiya və ədəbiyyat dərsləri keçilir. M.Borrallo da 20 il əvvəl həmin kolleci bitirib və Şahzadə Corc 8 aylıq olandan sarayda işləməyə başlayıb.

Uşaqları sevmək kral ailəsində dayə olmaq üçün yetərli deyil. Onlar həm də ingilis dilini mükəmməl bilməlidirlər. Baxıcılar təhsil aldıqları müddətdə robot uşaqlar üzərində təcrübə keçir. Bir robot uşağa baxa bilməyənlər heç vaxt kral ailəsində dayə işləyə bilməz.

Robot uşaqlar dayəni gecə oyadıb yemək istəyə bilir. Dayələr həm də uşaqları mühafizə edir. Keçmiş polis və ya mühafizə xidmətində işləyənlərdən müdafiəni öyrənirlər. Üç illik təhsil müddətində baxıcılar həm də ilkin tibbi yardım göstərməyi də bacarır.

Kral ailəsindəki dayənin mükəmməl şəkildə maşın idarə etməsi mütləqdir. Təhsil aldıqları müddətdə onlar ən çətin vəziyyətlərdə-güclü stress yaşayanda, hava şəraiti pis olanda belə maşın sürməyi öyrənirlər.


Dayə həm də ailənin bir hissəsidir, onlar bütün tədbirlərdə də uşaqların yanında olur. Saray daxilində də uşaqlarla yaxın olurlar. Kraliça Elizabetin köməkçisi June Vallerin yayımlanan məktublarına görə, dayələr üçün iş saatı axşam 8:30-da bitir və işdə olduqları müddətdə telefonla danışa bilməzlər.

Lakin bu tələbin müasir dövrümüzdə də qalıb–qalmaması dəqiq bilinmir. Dayələr sarayda olduqlarında kral ailəsinə aid bir çox məqama da şahidlik edir. Lakin onlar gördükləri hər şeyi sirr kimi saxlamalıdır. Heç bir baxıcı sosial şəbəkədə olmur və müsahibə vermir. Dayələr uşaqlara heç zaman fikizi təzyiq göstərə bilməz. Ancaq dayə heç zaman ananı əvəz etmir. Uşaqların hamam və yemək saatlarında valideynlərin də yanında olması arzu edilən haldır.

Bütün bu tələblər qarşılığında isə dayələrə ödənilən məbləğ də az deyil. Maria Borralloya il ərzində bir uşağa görə 36 və ya 58 min dollar arasında ödəniş edilir./publika.az

Xəbər lenti

Çox oxunanlar