Britaniya alimləri qidanı həzm edə bilən robot
yaradıblar. Bristol Universitetinin mütəxəssisləri qeyri-adi bir
mexanizm yaratmağa nail olublar.
Bu robot canlı orqanizmlərlə qidalanır O, suya girən kimi ağzı ilə
maye formasında olan, "polimer membran" adlandırılan orqanik
materialı tutur və onu "mədə"sinə göndərir. Orada həzm prosesi
gedir. Tullantı materiallar robotun arxa hissəsi vasitəsilə xaric
olunur.
Hələlik bu maşınlardan su anbarlarının təmizlənməsində istifadə olunacağı güman edilir. Lakin robotun müəllifləri onu daha da inkişaf etdirmək niyyətindədirlər.
Orqanik maddələri ayırd edən robotun təkmilləşmiş variantı orqanik qidalarla sintetik qidaları ayırd edəcək. Bu robotun köməyi ilə istehlakçılar onlara təklif olunan qidaların təbii, yaxud süni olduğunu müəyyənləşdirə biləcəklər. Robotların gələcəkdə, dadı, iyi hiss etmək qabiliyyəti də olacaq. Bristol Universitetinin əməkdaşları yeni robotu süni intellektin inkişafı istiqamətində bir addım hesab edirlər.