Hava soyumağa başlamağı ilə qrip kimi xəstəliklər də yayılır.
XəzərXəbər xanim.az-a istinadən xəbər verir ki, qrip olarkən əllərinizi tez-tez maye sabun ilə yumağa diqqət göstərirsiniz, ya da diş fırçanızın gigiyenasına eyni əhəmiyyəti verməlisiniz.
Məşhur Türkiyəli Diş Həkimi Pertev Kökdemir: " Qrip olarkən diş məcununuzu fırçaya vurmayın. Qripdan sonra diş fırçanızı mütləq dəyişdirin."
Virus fırçada yığılır
Dr. Kökdemir, qripdən sonra niyə diş fırçasının dəyişdirilməsi lazım
olduğunu isə bu sözlərlə açıqlayıb: "Qrip keçirən xəstələrdə qrip
müddətində istifadə etdiyi diş fırçası üzərində bu xəstəliyə səbəb olan
viruslar bol miqdarda yığılır. Bakteriyalardan fərqli olaraq viruslar
bədən xaricində da çox uzun müddət canlılıqlarını davam etdirə və təkrar
uyğun mühit tapdığında xəstəliyə səbəb olurlar. Bu səbəbdən qrip
olduğunuzda istifadə etdiyiniz diş fırçasını xəstəliyi sovuşdurduqdan
sonra yenisi ilə dəyişmək; bədəninizin sağlam dövründə təkrar sıx
şəkildə viruslara məruz qalmasına maneə törədəcək. Ayrıca qrip olduğunuz
müddətcə istifadə etdiyiniz diş macununu fırçanın üzərinə sıxarkən
balonun ağzının fırçaya dəyməməsinə də diqqət edin "