Xəzər Xəbər

Zəngin sarı rəng payızın trendi olacaq

Maraqlı | 12:48 • 10 Avqust 2018
Zəngin sarı rəng payızın trendi olacaq

Açıq çəhrayı və mavi barədə unudun, bu payız sarı geyimlər aktual olacaq.

Yeni mövsümdə uzun müddət dəbdən düşmək bilməyən çəhrayı ilə mavini zəngin sarı çalarları əvəz edəcək. Stilistlərin sözlərinə görə, 1990 və 2000-ci illərdə doğulanlar məhz bu rəngə daha çox üstünlük verir.

Dizaynerlər payız-qış kolleksiyalarında açıq sarıdan tutmuş narıncı və qəhvəyiyə qədər bütün çalarlarından geniş istifadə edib. Sarı rəngi ziddiyyətli olsa da, ondan imtina etmək lazım deyil. Payızın tutqun günlərində siz gün işığına ehtiyac duyursunuzsa, qarderobunuza sarı çalarlar əlavə etməklə onun yerini asanlıqla doldura bilərsiniz. Bu rəng həm əhval-ruhiyyəni qaldıracaq, həm də sizi boz kütlədən fərqləndirəcək.

"Maison Margiela”, "Marc Jacobs” və "Bottega Veneta” və digər brendlər payız mövsümündə sarı plaşları, donları və şalvarları sınaqdan keçirməyi tövsiyə edir./Publika.az

Xəbər lenti

Çox oxunanlar