Xəzər Xəbər

Meteoritin tərkibində brilyantdan daha sərt mineral aşkar edilib

Maraqlı | 16:05 • 2 Avqust 2018
Meteoritin tərkibində brilyantdan daha sərt mineral aşkar edilib

Rusiya alimləri Sibirə düşən meteoritin tərkibində brilyantdan daha sərt mineralın kəşf edildiyini bildiriblər.


Xezerxeber.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinın Geologiya İnstitutu, Ural və Novosibirsk universitetlərində görkəmli alimlərin araşdırdığı meteoritin tərkibində "uakitite” adı verilən və brilyantdan daha sərt mineral aşkarlanıb.


Hazırda sirli mineral haqqında daha çox məlumat əldə etmək üçün laboratoriya işləri aparılır. Alimlər mineralın görünüşünü "metal parıltıya malik sarı və şəffaf” olaraq xarakterizə ediblər.


Mineralın kub kristallar və ya dairəvi dənəciklər əmələ gətirdiyi, dənəciklərin 5 mikrometrdən daha kiçik olduğu qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar