Xəzər Xəbər

Ağcaqanadların əraziyə girişi qadağandır - Bələdiyyə sədrindən məzəli QƏRAR

Maraqlı | 17:17 • 26 İyul 2018
Ağcaqanadların əraziyə girişi qadağandır -

Fransada bələdiyyə sədrinin ağcaqanadlarla bağlı verdiyi qərar eşidənləri təəccübləndirib.


"A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, qərarı verən Fransanın qərbində yerləşən Maine-et-Loire bölgəsindəki Briollay şəhərinin bələdiyyə sədri Andre Marchand-dır.


Adıçəkilən şəxsin ərazinin ağcaqanadların hücumuna məruz qalmasıyla əlaqədar davamlı olaraq ona şikayət edən sakinlərin çarəsizliyinə cavab olaraq "ağcaqanadların əraziyə girişini qadağan edən” qərar verdiyi məlum olub.


Marchand mediaya verdiyi açıqlamasında 3 min insanın yaşadığı Briollay şəhərinin aprel ayında baş verən sel və daşqınlardan sonra ağcaqanadların hücumuna məruz qaldığını və ərazidəki sakinlərin bundan şikayətçi olduğunu deyib. Məsələ ilə bağlı sakinlərin ona təzyiq göstərdiyini deyən bələdiyyə sədri bu cür qərar verməsini belə izah edib: "Bu qərar insanlara bu mövzuda heç bir şey edə bilməyəcəyimi izah etmək üçün yumoristik yoldur”.


Ərazinin müxtəlif yerlərində ağcaqanadlar üçün tələlər qurduğunu, lakin buna baxmayaraq xalqın hələ də şikayətləndiyini dilə gətirən Marchand əlindən bundan başqa heç bir iş gəlmədiyini qeyd edib. Hətta bələdiyə sədri qərarın verilməsindən sonra təsadüfən ərazidə ağcaqanadların azaldığını, ancaq sel gəldiyi zaman yenidən eyni problemin yaşana biləcəyini fikirlərinə əlavə edib.


Qeyd edək ki, bundan əvvəl də Fransanın bəzi qəsəbələrində qəribə qərarlar verilmişdi. Bunlardan biri də Chateauneuf-du-Pape qəsəbəsinin bələdiyyə sədrinin verdiyi "yadplanetlilər girə bilməz” qərarnaməsidir. 60 ildən çoxdur yadplanetlilərin girməsinin qadağan olunduğu qəsəbədə 2017-ci ildə bələdiyyə sədri "UFO-lar enmədi, yadplanetlilər işğal etmədi, demək ki, qərarnamə işə yaradı” kimi zarafat belə etmişdi.

Xəbər lenti

Çox oxunanlar