Fransa Milli Komandasının 2018 - Dünya Kubokunu qazanmasına görə təbriklər davam edir.
Kreativ təbriklər içərisində diqqəti çəkənlərdən biri də "Mona Liza"nın portretinə Fransa Milli futbol komandası formasının geyindirilməsi olub.
Belliklə, renessans dövrünün şedevri də Fransanın dünya çempionu olmasının sevincinə şərik çıxıb.
Bayram tədbirləri üçün xüsusi hazırlanan lövhənin "Luvr” muzeyinə aid mağazada satışı başlanıb. (kulis.az)