İngiltərənin məşhur "Burberry" geyim şirkəti satışdan qayıdan 37,8 milyon dollarlıq brend məhsulları endirimlə satışından imtina edib və bütün malların yandırılmasına qərar verib.
Lent.az xəbər verir ki, bu barədə "The Times” nəşri yazıb. Nəşrin yazdığına görə, şirkət bu addımı "bahalı məhsulların ucuz insanlara satılmaması üçün” edib.Brend şirkətin bu qədər məhsulu külə döndərməsi İngiltərədə sosial medianı bir-birinə vurub. İnsanlar şirkətə qarşı hiddətini ən vulqar formalarda ifadə ediblər.
O da qeyd olunub ki, təkcə son 5 ildə 116 milyon dollarlıq geyim yandırıb. Xəbərdən sonra şirkətin şəriklərinin rəhbərlikdən izahat tələb etdiyi bildirilir.