Xəzər Xəbər

Hepatit ola biləcəyinizi göstərən 5 əlamət Əgər üçü sizdə varsa, təcili həkimə

Maraqlı | 12:55 • 15 İyul 2018
Hepatit ola biləcəyinizi göstərən 5 əlamət

Hepatit sakit, mehriban qatil kimi tanınır. Uzun müddət ciddi əlamətlər, şikayətlər vermir. Amma heç olmasa başlanğıcda hepatiti yaxalaya bilsəz, diaqnoz qoyulsa, vəziyyət dərinləşmədən və digər orqanlar zərər görmədən müalicə olunmaq mümkündür.

XəzərXəbər medicina.az-a istinadən hətta hər insanın özünü də hepatit olub -olmamağını bəlli edəcək 5 əsas simptomu təqdim edir:

1.Qızdırma, titrətmə

Orqanizm virusla mübarizə apardıqda, hərarət qalxır, titrətmə, üşümə olur, xüsusən gecələr tərləmə artır. Hərarəti ölçdükdə elə də yüksək rəqəm göstərməyə bilər.

2.Dəridə güclü qaşınma

Dəri səthində heç bir zədə, səpki və s. zahiri problem olmadan dayanmaq bilməyəb qaşınma. Səbəbi qaraciyər bilirubin mübadiləsini saxlayır, bilirubin artır. Bu da dəriyə qaşıntı verir.

3. Sidik və nəcisin rəngi

Hepatitdə sidik tündləşir, tünd qəhvəyi, tünd bulanıq rəng alır. Nəcis isə əksinə açıq rəng olur, hətta ağarır.

4.Dərinin və gözlərin dibinin saralması

Dəri saralır, əllərin içi sarı olur, göz bəbəyi saralır. İlkin mərhələdə bu sarılıq çox cüzi olur, amma peşəkar həkim gözü ilə bu fərqi görəcək.

5. Aclıq və dadbilmə hissinin itməsi

Hepatitli insanın nəinki iştahı küsür, həmçinin bəzi baza dadlarını hiss etmir: şirin, acı, turş. Yedikləri ona dadsız gəlir. Saatlarla acımır.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024