Aşiq olanda bədəndə nələr baş verirmiş?!
– MARAQLI FAKTLAR
Aşiq olmağın bədəninizə göstərdiyi təsirdən danışaq. İlk növbədə oradan
başlayaq ki, aşiq olduğu zaman insanın göz bəbəkləri böyüyür. Birindən
təsirlənən zaman simpatiya sinir sistemində oyanma meydana gətirir və bu
oyanma nəticəsində göz bəbəklərində böyümə meydana gəlir.
Xəstəlik hissi
XəzərXəbər lent.az-a istinadən xəbər verir ki, insan aşiq olan zaman
iştahasının itməsi və ya xəstələnməsi normaldır. Bu, bir insandan
xoşlandığını bildirən siqnallardır. Stress hormonu kortizolun mədədəki
qan damarlarını büzüştürməsini eşq xəstəliyi olaraq adlandırmaq
mümkündür. Bu narahatedici vəziyyət çox zaman qarşıdakı insanın yanında
özünü daha rahat hiss etməyə başladıqdan sonra zamanla öz-özünə ortaya
çıxır.
Güc hissi
Uşaqlarını əzən maşını qaldırma gücünə malik olan analar haqqında
eşitmisiniz? Eşq və qorxu hissinin birləşməsi fövqəladə vəziyyətlərdə
qəfildən insanda təsəvvür edilməyəcək gücə yol açır. Hissi qüvvə
adlandırılan bu fenomenin elmi baxımdan araşdırılması demək olar ki,
imkansızdır. Çünki araşdırmalar zamanı bu fövqəladə vəziyyətlərin
təqlidi çox çətindir. Bu hissi gücü təcrübədən keçirənlər isə sadəcə
yeniyetmələr deyil, eyni zamanda aşiq olan bütün insanlar bu insandan
üstün olan gücü hiss edir. Aşiq olan zaman ifraz edilən oksitosin
hormonu fiziki ağrıya qarşı dözümlülüyün də artmasına səbəb ola bilər.
Gözlərini ondan ayırmamaq
İş stolunda və ya telefonunda sevdiyin insanın şəklinin olması təsadüfi
deyil. Sevdiyin insanın üzünə baxma arzusu beyindəki dopamin ifraz
edilməsindən qaynaqlanır. Beyində baş verən bu təsir kokain ilə eynidir.
Çünki o da içki həzzi ilə bağlı arzu təsirini oyadır. Başqa sözlə
desək, tətildə olan zaman çəkdirdiyiniz fotoya baxdıqda enerji yenidən
qaynaqlanır və arzu həyata keçmiş kimi bir xoşbəxt hiss yaranır.
Səs yüksəlməsi
İlk "vurulma" mərhələsini keçdikdən sonra həmin insana olan bağlılıq və
sədaqət yaranır, get-gedə dərinləşir. Bununla bağlı olaraq bədəndə
insanın özündən asılı olmayaraq səs tembrinin yüksəlməsi kimi dəyişiklik
baş verir. Araşdırmalar sübut edib ki, fiziki olaraq təsirləndiyin kişi
ilə danışan zaman qadınların səs tonları daha yüksək və xanımsayağı
olur.
Yanında olmayanda təlaşlanmaq
Qısa və ya uzun müddət sevdiyin insandan ayrı qaldıqda onun yoxluğu hiss
edilir. Bu zaman kortikotropin səviyyəsi yüksəlir, buna bağlı olaraq da
depressiya və narahatlıq əlamətləri yaranır. Uzun məsafədə
münasibətləri olan cütlüklər bu mənfi hallarla mübarizə aparmalıdırlar.
Hormonlar qarışır
Münasibətlərin mehriban vaxtlarında hormonlar darmadağın olur. Həm
qadın, həm də kişilərdə kortizol hormonu yüksəlir. Qadınlarda
testosteron səviyyəsi yüksəlir, kişilərdə isə aşağı düşür.
Ürək qırılması
Araşdırmalar sübut edib ki, qəlb qırılma halı ölümə də səbəb ola bilər.
Tibdə buna stressə bağlı olan kardiomiyopatiya deyilir. Bu zaman insan
həssas stress təzyiqinə məruz qalır və bu halda dünyanın ən sağlam
insanı belə, ürəyi ilə problem yaşaya bilər. Bu simptomlar infarktla
oxşardır. Ürək qırılması sindromu ürəyə zərər verdiyi kimi nadir
hallarda ölümə də səbəb ola bilər. Bu cür vəziyyət çox hallarda müalicə
edilir.
Cinsi istək
Münasibətin ilk vaxtlarında cütlüklər bir-birilərinə qarşı çox diqqətli
və qayğıkeş olurlar. Lakin bu, uzun müddət davam etmir. Xüsusən də
qadınlar üçün bu, elə də asan deyil. Kişilər və qadınlar üzərində
aparılan araşdırmalar sübut edib ki, kişilərin cinsi istəyi uzun müddət
özünü göstərir, qadınlarda isə bir müddətdən sonra bu nisbət azalmağa
başlayır. Əgər libidonun vaxt keçdikcə aşağı düşdüyünü hiss edirsinizsə,
bununla bağlı filmlərə baxmaq məsləhətdir.
Kökəlmək
"Ailə qurduqdan sonra kökəldi" fikrinə tez-tez rast gəlinir. Xoşbəxt
münasibəti olan insanların kökəlməsi mümkündür. Araşdırmalar göstərib
ki, ailə həyatı insanları kökəlməyə meylli edir. Başqa bir araşdırma isə
sübut edib ki, ailə qurduqdan sonra qadınlar daha yağlı və şirniyyatla
qidalanmağa başlayırlar. Hətta ailə qurduqları ilk 5 ildə qadınların 10
kiloya yaxın kökəldiyi bildirilir.
Ömrü uzadır
Sevdiyiniz insan üzüyü barmağınıza taxdığı vaxt sizin ömrünüz uzanır.
Amerika universitetlərindən birinin araşdırmaları sübut edib ki, 40
yaşına ailəli olaraq daxil olan insanların erkən ölüm riski ailəsi
olmayan və ya boşanmışlara nisbətən daha azdır. Bununla yanaşı, ailəsi
olan kişi və qadınların ürəklərinin daha dözümlü olduğu müəyyənləşib.
Xüsusən də kişilərin ürəyi daha sağlam olur və damar xəstəlikləri riski 5
faiz aşağı düşür.
Yuxu problemi
Ola bilər ki, onu düşündüyünüz üçün yuxunuz qaçır, yata bilmirsiniz.
Yeniyetmələr arasında aparılan araşdırmalar sübut edib ki, aşıq olan
zaman yaranan ilk eyforiya halında insan özünü səhərlər və axşamlar daha
enerjili, pozitiv hiss edir. Bunun nəticəsində isə yatmaq çətinləşir.
Bundan başqa, hormonlarda yaranan inkişaf gün ərzində görülən işlərə
adaptasiya olmağı da çətinləşdirir.
İlham gəlir
Yazıçıların çoxu ilham qaynağı olaraq depressiyanı göstərsələr də,
araşdırmalar sübut edib ki, insan sevən və sevilən müddətdə
yaradıcılığının ən yüksək zirvəsində olur. Bunun səbəbi isə aşiq olan
insanların çoxunun uzun zaman kəsimlərinə konsentrasiya olmaq,
layihələri və ehtiraslarına qarşı bütöv bir yanaşma mənimsəmələri və
məqsədə çatma üsullarını dəyişmələridir. Başqa sözlə desək, eşq xəyal
gücünü genişləndirir.
Cinsi macəralar
Qadınlarla aparılan araşdırma isə göstərib ki, ciddi münasibət yaşadığı
vaxtlarda yeni təcrübələr aparmağa daha çox meylli olurlar, arzular
qururlar. Bununla yanaşı, cinsi həyatları haqqında təxminləri və xəyal
güclərini də işə salırlar.
Xroniki ağrılar azalır
Sevgi münasibətləri xroniki xəstəliklərə qarşı yaxşı təsirə malikdir.
Dərin sevgi hissləri beyində ağrıkəsici fəaliyyəti göstərən bölgələri
hərəkətə gətirir.