20-yə yaxın cinayətdə ittiham edilən Adnan Oktarın əmlakı sərhəd tanımır.
Din xadimi ən bahalı brendlərdən geyinir və ən lüks avtomobillərdə gəzir.
"Adnan hoca”nın saatı "Cartier” firmasındandır. "Lacoste”, "Beymen”, "Vakko” kimi brend mağazaların geyimlərindən istifadə edir. Köynəkləri "Armani” və "Ferre” brendlərindəndir. "Cherookee” və "Mercedes” favorit avtomobilləridir. Qəndillidə İstanbul boğazı mənzərəli, 30 hektarlıq meşə ərazisi olan "saray yavrusu”nda yaşayır.
Yay istirahətini Silivri bölgəsində yerləşən, Hollivud filmlərindəki kimi, 2 üzgüçülük hovuzu olan "Pəmbəköşk” adlı bağ evində keçirir. Evlərinə səltənətini nümayiş etdirmək üçün padşah taxtları sifariş etdirir. Mebelləri qızıldan sevir. Bağ evinin girişinin sağ və solunda ikisi "Doberman” cinsindən dörd it dayanır. Villa ikimərtəbəlidir. Villanın arxasında isə göz işlədikcə uzanan böyük ərazi var. Burada 2 süni göl, atlar üçün böyük qaçış yeri, heykəllər, üzgüçülük hovuzu, çardaqlar, padşah taxtları və parnik var. Qarajında 2 ədəd "Grand Cheroki” cipi, "Mercedes”, "Qartal” və "Siena” markalı avtomobillər dayanıb.
"Hoca”nın Qəndillidəki evinə getmək üçün 750 metrlik xüsusi yoldan keçmək lazımdır. Yol boyunca uzanan ağaclarda 50 təhlükəsizlik kamerası var. Yolda 250 metr ara ilə 4 dəmir qapı qoyulub. Evin çevrəsi tellərlə əhatələnib. Evin divarları isə tünd rəngli şüşələrdən ibarətdir. Yumşaq və yemək masası qızıldan düzəldilib. Döşəmə mərmər və parketdəndir. Evin xarici içəridəki kompüterli və televizorlu təhlükəsizlik sistemləri ilə müşahidə edilir.
Bütün bunlarla yanaşı, ən maraqlısı odur ki, Adnan Oktarın bəlli bir peşəsi və gəlir qaynağı yoxdur. O, rəsmi olaraq heç yerdə işləməyib.
Qeyd edək ki, Adnan Oktar bu gün 235 müridi ilə birgə həbs edildikdən sonra onun bütün mülkləri müsadirə edilib və şirkətlərinə qəyyum göndərilib.
İstintaq araşdırmaları zamanı Adnan Oktarın lüks və rahatlıq dolu evindən müxtəlif tipli odlu silahlar, qoruyucu jiletlər və s. tapılıb./publika.az