İyulun 13-də ilin ikinci Günəş tutulması baş verəcək. Həmin gün Günəş qismən tutulacaq.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, tutulma Bakı vaxtı ilə 05:48:23-də başlayacaq, 08:13:44-də başa çatacaq. Maksimum tutulma 07:01:05-də olacaq. Tutulma 3 saat 29 dəqiqə davam edəcək.
Tutulma cənub yarımkürəsinə düşəcək. İyulun 13-də baş verəcək Günəş tutulması Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.
Qeyd edək ki, ilin ilk Günəş tutulması fevralın 15-də, üçüncü tutulma isə avqustun 11-də olacaq./publika.az