Xəzər Xəbər

Bu il hansı astronomik hadisələrin şahidi olacağıq?

Maraqlı | 13:57 • 10 Yanvar 2018
Bu il hansı astronomik hadisələrin şahidi olacağıq?

2018-ci ildə Yer kürəsinin sakinləri bir neçə astronomik hadisənin şahidi olacaq.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bu il iki tam ay tutulması və 3 qismən günəş tutulması müşahidə olunacaq.

İlin ilk ay tutulması yanvarın 31-də baş verəcək. Qeyd edək ki, yanvarın 2-də isə artıq "Superay" müşahidə olunub. Növbəti ay tutulmasının iyul ayında baş verəcəyi deyilib.

Günəş tutulmalarına gəlincə, bu astronomik hadisə 2018-ci ildə fevral, iyul və avqust aylarında baş verəcək.

Bundan başqa, bu il başqa bir maraqlı astronomik hadisə də olacaq. Belə ki, iyulun 27-də Marsın Günəşlə "qarşıdurması" müşahidə olunacaq.

Xəbər lenti