Xəzər Xəbər

Dünyanın ən bahalı və elit məktəbinin gündəlik həyat tərzi barədə çox maraqlı məlumatlar

Maraqlı | 15:39 • 9 Yanvar 2018
Dünyanın ən bahalı və elit məktəbinin

Bu məktəbdə illik təhsil haqqı 100 000 avrodur. Söhbət İsveçrənin Rol bələdiyyəsi ərazisində yerləşən məşhur Institut Le Rosey məktəbindən gedir. Belə məktəbdə təhsil almaq hər kəsə nəsib olmur. Amma Bizimyol. info bu elit təhsil müəssisəsinin gündəlik həyat tərzi barəsində maraqlı faktlar təqdim etməklə sizi virtual səyahətə çıxara bilər.

İlk onu qeyd etmək lazımdır ki, məktəb şagirdlərinin 30 faizi dünyanın ən nüfuzlu 25 ali məktəblərinə daxil olurlar. Məktəb 1880-ci ildən fəaliyyət göstərir.1967-ci ilə qədər bu məktəbdə yalnız oğlanlar təhsil ala bilərdi, indi isə burda hər iki cinsin nümayəndələri oxuyurlar. Məktəbin kampusu 28 hektar ərazini əhatə edir.

Məktəbdə illik təhsil haqqı dediyimiz kimi 100 min avrodur. Bura səyahət xərcləri daxil deyil. Lakin şagirdlərə verilən cib xərcliyi bura daxildir. Məktəbdə təhsil alan 8-18 yaş arası məktəblilərə verilən cibxərcliyinin miqdarı da yaşa görə dəyişir. Məktəblilər forma geymirlər. Lakin geyimlərinə diqqət etmək məcburiyyətindədirlər. Açıq-saçıq geymək olmaz. Məktəbli forması yalnız xüsusi günlərdə geyinilir. Dərslər sentyabrda başlayır, oktyabr və dekabr aylarında tətillər olur. Milad bayramından sonra isə uşaqlar dağ xizək kurortu ərazisindəki kampusa gəlirlər. Burda xizək sürmək dərsləri hər gün keçirilir. Qapalı və açıq hovuzlar, 25 dən çox idman növü ilə məşğuliyyət tədris sisteminin bir hissəsidir. Məktəbdə hazırda 400 nəfər təhsil alır. Dərslər 150 müəllim tərəfindən keçirilir. Hər sinifdə yalnız 10 şagird ola bilər. Onlara həyat bilgiləri də öyrədilir. Məsələn Bağçılıq. 4 dil öyrənmək şansı var. Təhsil 4 mərhələyə bölünüb. Şagirdlər otaqlarda iki -iki qalırlar. Yalnız son sinif şagirdlərinə ayrıca otaq verilir.

Dərslər səhər 8-də başlayır və 112:20-yə qədər davam edir. Daha sonra isti şokolad və nahar yeməyi başlayır. 13:30-dan 15:30-a qədər isə yenidən dərs başlayr. 16: 00-dan 18:00-a qədər isə şagirdlər musqi, əmək təlimi, bir sözlə praktiki əmək tələb edən fənlərlə məşğul olaraq beyin yorğunluğunu aradan qaldırırlar. Orkestrdə çalmaq, xorda oxumaq, su idman növləri də daxil olmaqla istənilən idman növü və hobbi ilə məşğul olmaq mümkündür. Şagirdlərə yalnız bayram günlərində spirtli içkilərdən istifadə hüququ verilir.

Yeməklər şef aşpaz tərfindən hazırlanır, ofisiant qismində şagirdlər özləri iştirak edirlər. Yaşdan asılı olaraq 9-11:30 arası yatağa uzanmaq vaxtıdır.

Məktəbdə dünyanın ən müxtəlif plkələrindən şagirdlər təhsil alırlar.Buranın üzvləri millətlərindən asılı olmayaraq bir böyük ailənin üzvləri hesab olunurlar./bizimyol

Xəbər lenti

Çox oxunanlar