Bu üçəm ekizlərin adları Xanter, Kaden və Ceksondur. Onlar Hovardlar ailəsində dünyaya gəliblər.
Körpələrin hər üçü özlərinə məxsus fərdi şlemlərlə yaşayırlar.
Həkimlərin sözünə görə eyni xəstəliyin hər üç uşaqda eyni anda görünməsi 500 trilyonda bir görünən şansdır və analoqu yoxdur. Neyrocərrah Devid Çeslerin fikrinə görə, uşaqlar kraniosinostozom xəstəliyi ilə doğulublar, yəni başlarındakı şlem olmadan onların kəllə qutusu deformasiya olmuş şəkildə inkişaf edəcək.
Şlemlə isə uşaqların sağalmaq şansı 95 faiz təşkil edir. Artıq 11 həftəlik olarkən hər biri laparoskopik əməliyyat olublar və individual dizayna malik şlemlərlə təchiz ediliblər. Körpələrin anası bildiri ki, uşaqlar bu şlemlərə alışıblar və hətta artıq onu hiss etmirlər.
Yalnız gecələr şlem çıxarılır, balacalar yuyundurulduqdan sonra şlem yenidən başlarına geydirilir.
Bizimyol.info