Bu ayaqqabılar çox gözəl görünür. Amma onların belə bir xüsusiyyəti də var ki, pul çantanızı itirsəniz, o sizə yardım edə bilər.
"Biz düşündük ki, əgər axşam əylənməyə gedəndə gödəkçənizi itirirsinizsə və hər şeyiniz onun içindədirsə, nə edəcəksiniz. Ağlımıza belə bir fikir gəldi ki, belə bir vəziyyətdə insanlara yardım edəcək gizli bir əşya yaradaq,” - deyə Oliver Sviney ayaqqabısının dizayneri Tim Kuper bildirir.
Yeniliyinə baxmayaraq, ayaqqabının əsas cəhəti funskiyası və formasıdır.
"Biz bilirik ki, bu ayaqqabı ilə bağlı çox söz-söhbət var, amma bu reklam kələyi deyil. Bu orijinal, çox gözəl və rahat ayaqqabıdır və eyni zamanda içində çətin vəziyyətdə sizə yardım edəcək çox vacib şeylər var," - deyə veryfirstto.com vebsaytından Marsel Knobil bildirir.Ayaqqabının içində bir neçə şey var.
Telefon, GPS izləmə cihazı, Kevlay ayaqqabı bağı və nəğd pul.
"Əgər həyat yoldaşınız və ya oğlunuzun hər şeyə sahib olduğunu düşünürdünüzsə, indi səhv düşündüyünüzü bilirsiniz. Bu, sizin başqa heç bir yerdə rast gəlməyəcəyiniz bir ayaqqabıdır. Bunun tayı bərabəri yoxdur və biz bilirik ki, çox insan bunu geyinməkdən zövq alacaq”, - Kuper söyləyir.Hər bir ayaqqabının üzərində ad və nömrə yazılır. Qiyməti isə təxminən 2500 dollardır./AzNews.az