Türkiyənin Karabük bölgəsində yaşayan 76 yaşlı qadın bu vaxtadək ad günü sevinci yaşamayıb.
Buna səbəb qadının şəxsiyyət vəsiqəsində doğulduğu ay və ilin yazılmamasıdır.
76 yaşlı Rahmiye Ertüngü bu günlərdə türkiyəli jurnalistlərin sürpriz addımı nəticəsində həyatında ilk dəfə ad günü tortu kəsib.
Hətta yaşlı qadın "onsuz da dünyada yoxam” deyərək zarafatından da qalmayıb.
Maraqlıdır ki, o, bu vaxta qədər heç kimə şəxsiyyət vəsiqəsində ay və gün yerinə sıfır yazılması barədə bir söz deməyib.
Ancaq bundan sonra 5 yanvarı doğum günü kimi qeyd edəcəyini deyən Karabük sakini şəxsiyyət vəsiqəsində də düzəliş etdirəcək./publika.az