ABŞ-ın Milli ürək, ağ ciyər və qan institunun təhqiqatçıları ardıcıl olaraq səkkizinci dəfə dünyanın ən yaxşı diyetasını müəyyən edib.
Trend-in məlumatına görə, bu DASH (Hipertoniyanın aradan qaldırılmasına diyetik yanaşma) adlandırılan diyetadır.
Alimlərin sözlərinə görə, bu diyeta orqanizmin ümumi sağlamlaşdırılmasına, qan təyziqinin sabitləşdirilməsinə və mədə-bağırsaq sisteminin təmizlənməsinə şərait yaradır.
Sözü gedən diyetanın əsas şərtlərindən biri tərkibində duz olan məhsullardan imtina və onları natriumla zəngin qida məhsulları ilə əvəzlənməsidir.