Xəzər Xəbər

Alimlərdən MARAQLI KƏŞF: Cinayətkarlar cinayət törədərkən nə düşünür? - FOTO

Maraqlı | 12:47 • 1 Yanvar 2018
Alimlərdən MARAQLI KƏŞF:

Amerika alimləri yeni bir kəşfə imza atıblar.

Virciniya universitetinin araşdırmaçıları Rida Montaqyu və digərləri hər hansı bir cinayəti törədən cinayətkarın o an nə düşündüyünü araşdırmağa çalışıblar.

Alimlərin araşdırmaya başlamazdan əvvəl məqsədləri hər hansı bir qanun pozuntusu etməyə hazırlaşan insanın beyin fəaliyyətini öyrənmək olub.

Keçirilən 40 sınaq nəticəsində ortaya çıxan nəticələr alimləri təəccübləndirib. Belə ki, onlara içərisində qaçaqmal olan çamadanın daşınması həvalə olunub. Prossesin ilk 5 sınağında çamadan keçirən şəxslər apardıqlarının qaçaqmal olduğunu biliblər.

Digər hallarda isə onlara çamadanın içində nə olduğu deyilməsə də, onlar qadağan olunmuş nələrinsə daşıdıqlarını təxmin ediblər.

Beyinləri yoxlanılan zaman məlum olub ki, çamadanda dəqiq qaçaqmal apardığını bilən adamların beyni hərtərəfli fəaliyyətə keçir. Hətta beynin, yemək, yatmaq və fəaliyyət bölgələri də aktivləşib.

Bu nəticəni qanunu pozduğuna tərəddüd edən insan beyni ilə müqayisə ediblər. Bu zaman isə beynin müxtəlif hissələrinin fəaliyyətə keçdiyini müəyyən ediblər.

Alimlərin bu maraqlı ekspermentlərinin ən üstün cəhəti odur ki, bu üsul insanın cinayəti qəsdən törədib-törətmədiyini müəyyən edib.

Məsələn, sürücü piyadanı vurur, bu zaman onun MRT-si əldə olunsa, o an həmin cinayəti qəsdən edib-etmədiyi məlum olar.

Çünki həmin an insan beynin MRT-sini çəkmək mümkün deyil. Bəlkə, gələcəkdə texnologiyalar insanın həyatına tam nüfuz edərsə, cinayətlərin törədilmə anında insan beyninin hansı funksiyaları yerinə yetirməsi də aşkarlanacaq.

Lakin hazırki texnologiyalarla bu, mümkün deyil. Alimlər yaxın gələcəkdə bu üsulun çox faydalı ola biləcəyinə ümid ediblər./publika.az

Xəbər lenti

Çox oxunanlar