Xəzər Xəbər

Tokioda komikslər yarmarkası açılıb - FOTO

Maraqlı | 09:49 • 30 Dekabr 2017
Tokioda komikslər yarmarkası açılıb -

Dekabrın 29-da Tokioda komiks və animelər yarmarkası–"Comiket” açılıb.


AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq dekabrın sonlarında təşkil edilən yarmarka Yaponiya paytaxtına bu yapon pop-janrının ən tanınmış nümayəndələrini və onların çoxsaylı sadiq pərəstişkarlarını toplayır.


Qısaldılmış formada "Comiket” adlanan yarmarka dünyanın ən böyük anime və komikslər sərgisi hesab olunur. İlk dəfə 1975-ci ildə təşkil edilən yarmarka bu gün yüzlərlə fanatın təşkil etdiyi lokal hadisədən beynəlxalq əhəmiyyətli tədbirə çevrilib. Hazırda həmin tədbir Tokionun ultramüasir "Big sight” sərgi salonunda 50 minədək satıcı və 550 mindən çox alıcı toplayır.


Böyük fanatlar ordusu üçün bu Tokio yarmarkasını cəlbedici edən əsas cəhətlərdən biri burada təqdim olunan məhsulların zəngin çeşididir. Məhz "Comiket”in piştaxtalarında müvafiq qiymətə az tapılan və məxsusi müəllif komikslərinə - "docinsi”lərə rast gəlmək olar ki, internet hərraclarında onların qiyməti on dəfələrlə bahadır. Yarmarkanın digər xarakterik cəhəti manqa və anime mədəniyyətinin məbədi sayılan Gündoğar ölkədə həmin mərkəzlə birbaşa təmasın qurulmasıdır.


Tokioda komikslər yarmarkası ildə iki dəfə - avqust və dekabr aylarında keçirilir. Yarmarkaya giriş ödənişsiz olsa da, burada sevimli qəhrəmanlarının geyimlərində gəzmək istəyənlər bunun üçün pul ödəyirlər. Həmin arzuda olanlar 800 yen (təqribən 7,1 dollar) ödəməlidirlər.

Xəbər lenti