79 yaşlı ingilisi Harvey Harrison İngiltərədən Türkiyəyə əməliyyat olunmaq məqsədi ilə gəlib.
Aparılan baxış zamanı, onun göz bəbəyi səbəbindən görmədiyi aydınlaşıb. Həkimlər ona göz bəbəyi köçürərək yenidən görməsinə nail olublar.
Faik Orucoğlu adlı həkim deyir ki, əməliyyat uğurla başa çatıb və xəstə bir daha görmə problemi yaşamayacaq.
"Xalq arasında "göz köçürülməsi" adlanan, latınca kornea nəqli deyilən əməliyyat adətən, görmə qabiliyyətinin bərpa olunmasına səbəb olur. Kornea nəqli (keratoplasti) bəbəyin şəklinin və ya şəffaflığının pozulduğu xəstəliklər zamanı sağlam insanın göz bəbəyi ilə dəyişdirilməsi əməliyyatıdır. Kornea köçürülməsi lazer cihazlarının köməyi ilə aparılır", - həkim belə deyib./AzNews.az