Xəzər Xəbər

Uşaq avtobuslarına XÜSUSİ SİQNAL qoyulacaq

Maraqlı | 12:04 • 28 Dekabr 2017
Uşaq avtobuslarına

2017-ci ildə qeydə alınan çoxsaylı yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə, Nazirlər Kabineti tərəfindən yeni qətnamə qəbul edilib.

Rusiya Federasiyası uşaqların nəqliyyatdakı təhlükəsizliyini artırmaq məqsədilə həyata keçirəcəyi qətnaməyə əsasən, 2018-ci ilin iyul ayının 1-dən etibarən uşaqları daşıyan avtobuslarda xüsusi siqnallar quraşdırlacaq. Bununla hökumət kənardakı nəqliyyat vasitələrini daha da ehtiyatlı olmağa çağırır.

Bundan başqa, uşaqların daşınması üçün nəzərdə tutulan avtobuslar sarı və ya narıncı rənglərdə olacaq. Seçilən sürücülərin 8 ildən artıq sürücülük təcrübəsinin olmasına diqqət ediləcək.

Xatırladaq ki, Moskvada uşaqları daşıyan avtobusun 66 yaşlı sürücüsü alkoqollu vəziyyətdə sükan arxasına keçdiyi üçün qəza törətmişdi. Hadisə nəticəsində 15 məktəbli həlak olmuşdu./publika.az

Xəbər lenti

Çox oxunanlar