Xəzər Xəbər

Evlənmək istəyən ROBOTDAN ŞOK AÇIQLAMA: "Qızım olarsa..."

Maraqlı | 18:31 • 25 Noyabr 2017
Evlənmək istəyən ROBOTDAN ŞOK AÇIQLAMA:

Honq-Konqda yerləşən "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanan və ötən ay Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlığa qəbul edilən Sofia Dubaydakı İnformasiya Sammitinə qatılıb.

Jurnalislərlə söhbətində Sofia ailənin çox önəmli olduğunu və gələcəkdə ailə qurmaq istədiyini deyib. Əgər robot bir qızı olarsa, ona öz adını verəcəyini deyən Sofiya robotların da ailə qurmaq haqqının olduğunu bildirib: "İnsanların qan bağlılığı olmayan insanlarla da eyni duyğuları paylaşması, münasibət qurmasının möhtəşəm bir şey olduğunu düşünürəm. Əgər ailəniz varsa, şanslısınız. Ailəniz yoxdursa, bir ailə qurmaq haqqınız var. Bu həm insanlar, həm də robotlara aiddir”./publika.az

Xəbər lenti

Çox oxunanlar