Xəzər Xəbər

Qara Cüməniz mübarək: Bu gün hər şeyi fantastik endirimlə ala bilərsiniz

Maraqlı | 14:18 • 24 Noyabr 2017
Qara Cüməniz mübarək:

Bu gün "Black Friday", yəni Qara Cümədir. Qara Cümə günü haqda yəqin ki, çoxumuz eşitmişik. Lakin amerikalıların bu bayramı barədə ətraflı məlumata sahib deyilik.

Məqalə boyu Qara Cümənin tarixi əhəmiyyətini, özəlliklərini aydınlaşdırmaqla yanaşı, bu bayram əhvalı gətirən möhtəşəm günlə bağlı alış-veriş həvəskarlarına bir neçə tövsiyə də təqdim edəcəyik.

Картинки по запросу black friday

Qara Cümə nədir?

Əslində Qara Cümə heç də adı kimi qara deyil. Hətta tam əksinə, ilin ən əlamətdar günü hesab olunur. Bu elə rəngarəng bir gündür ki, bütün mağazalarda əşyalar topdan qiymətlərlə satışa qoyulur. İlin digər günləri bu hal bir daha təkrarlanmır. Kimlər üçünsə qara cümə çoxdan almaq istədiyi bahalı əşyalara ucuz qiymətə qovuşmaq, digərləri üçünsə brend markaların geyimlərini maya dəyərinə alıb, internet auksionlarında yüksək məbləğə satmaq üçün bir səbəbdir. Çoxlarına görəsə Qara Cümə doğmalarına dəyərli hədiyyələri ucuz qiymətə almaq imkanıdır.

Qara Cümənin tarixi

XIX əsrdən etibarən ABŞ-da hər il Minnətdarlıq gününün ("Thanksgiving Day") ertəsi bütün mağazalar kütləvi endirim etməyə başladılar. Hər ilin noyabr ayının dördüncü cümə gününə təsadüf edən bu tarixdə hamı alış-verişə tələsdiyi üçün tıxaclar yaranır, qəzalar olurdu. Məhz buna görə də Filadelfiyada gün Qara Cümə adlandırılmağa başlandı. Hər il Qara Cümə noyabrın 23-dən 29-dək olan tarixləri əhatə edir. Cari ildəsə bu günə, yəni noyabrın 24-nə təsadüf edir.

Qara Cümənin amerikalalılar üçün əhəmiyyəti

Hər bir amerikalının həyatında böyük önəm daşıyan bu gündə mağazalar daha tez açılır. İnsanlar bəzən gecəni yatmayıb, səhərə yaxın mağazaların, bahalı butiklərin qarşısında növbə gözləməyə başlayırlar. Qara Cümə günü səhər saat 6-da ABŞ küçələrində izdiham yaşanır. Hər yerdə eyni mənzərə olur: mağaza boyu bir-birini itələyib, geyimlər üçün vuruşan alıcılar, divar boyu düzülən kassalar önündə yorğun satıcılar.

Картинки по запросу black friday shops

Qara Cümə digər ölkələrdə

Artıq Avropa və MDB ölkələrində, eləcə də onlayn satış saytlarında Qara Cümə qeyd olunmağa başlanıb. Doğrudur, ABŞ-da müşahidə olunan fantastik endirimlər olmur, lakin bayram əhvalına və yüksək endirimlərə rast gəlinir. Çox vaxt alıcılar Qara Cümənin marketinq hipnozu altında ehtiyac duymadıqları onlarla geyim alırlar. Ertəsi gün isə məntiqlə düşünüb, bu əlbislərin lazımsız olduğuna qərar verirlər. Məhsz bu zaman aldıqlarını mağazaya qaytarıb, pullarını geri ala bilirlər. Həmin əşyalar isə mağazada "istifadə edilmiş” adı ilə yenidən həmin qiymətə satışa çıxarılır. Bu isə digər alıcılara ucuz alış-veriş etmək imkanı qazandırır. Lakin bu digər ölkələrə aid olunmaya da bilər. Odur ki, Qara Cümə günü bazarlıq edərkən yüz ölçüb, bir biçin ki, pullarınız da havaya sovrulmasın.

Bütün şopoqolikləri bu gün münasibətilə təbrik edirik. Qara Cüməniz mübarək!

publika.az

Xəbər lenti

Çox oxunanlar