Xəzər Xəbər

ABŞ-da “qara cümə” satışları başladı

Maraqlı | 14:05 • 24 Noyabr 2017
ABŞ-da “qara cümə” satışları başladı

Noyabrın 24-də gecə yarısı bir çox ölkədə, ilk növbədə isə ABŞ-da mövlud endirimləri aksiyalarının keçirildiyi "qara cümə” günü başlayıb.

Ticarət mərkəzləri gecə yarısına bir neçə saat qalmış öz qapılarını müştərilərin üzünə açıb, ucuz qiymətlərə məhsul almaq istəyən alıcılar isə uzun növbələrə düzülüb. Soyuq havaya baxmayaraq, ABŞ-ın ən böyük pərakəndə satış şəbəkəsi olan "Walmart” mağazalar şəbəkəsinin Nyu-Cersi ştatındakı filialı, habelə Best Buy” elektron mağazalar şəbəkəsinin yerli bölməsi qarşısında satışların başlamasını gözləyən minə yaxın müştəri yığışıb.

Bu il alıcılar arasında populyar olan məhsullar arasında birinci yerdə televizorlar, sonra isə oyun vasitələri və mobil qurğular gəlir.

ABŞ-ın Beynəlxalq pərakəndə satıcılar birliyinin məlumatına görə, bu il "qara cümə” günü 115 milyon insanın alış-veriş edəcəyi gözlənilir.

Qeyd edək ki, nəhəng alıcı kütləsini cəlb edən və böyük endirimlərlə müşayiət olunan "qara cümə” hər il noyabrın dördüncü cümə günü başlayır.

Xəbər lenti

Çox oxunanlar