Xəzər Xəbər

Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA

Maraqlı | 17:16 • 4 Aprel 2017
Azərbaycanda və dünyada ana olma yaşı -

Dünya ölkələrində gec yaşda ana olan qaıdnların sayı artmaqdadır.

Modern.azxəbər verir ki, Avropa Statistika Xidmətinin son məlumatlarına görə, Avropa ərazisində ana olmağın orta yaşı 29-a çatıb və bu rəqəm artmaqdadır.


Digər ölkələrdə də qadınların gec yaşda ana olması halları artmaq üzrədir.Modern.azsaytı ana olmağn orta yaşı ilə bağlı statistikanı təqdim edir.

Avropada ən gənc analar Bolqarıstandadır. Bu ölkədə orta ana olma yaşı 25,7, Rumıniyada 25,8, Latviyada 26,1, Estoniyada 26,5, Polşa və Litvada isə 26,7-dir.

Ən gec ana olanlar siyahısına İtaliya (30,6 yaş), İspaniya (30,4 yaş), Lüksemburq (30,1 yaş) və Yunanıstan (29,9 yaş) yer alıb.

Rusiyada həmin göstərici 27,2, ABŞ-da 25,9, Yaponiyada 31,4 yaş təşkil edir.

Azərbaycanda orta ana olma yaşı 25,1-dir. Region ölkələrindən Gürcüstan (26,9 yaş) və Ermənistan (26,2 yaş) bu göstəriciyə görə Azərbaycandan fərqlənir.

Xəbər lenti

Çox oxunanlar