Britaniyalı alimlər ən ağlağan və ən sakit uşaqların yaşadıqları ölkələri müəyyənləşdiriblər.
AZƏRTAC "rueconomics.ru” saytına istinadla xəbər verir ki, bunun üçün mütəxəssislər bir çox ölkələrdə minlərlə uşaq barədə məlumatları öyrəniblər. Məlum olub ki, ən ağlağan uşaqlar Britaniya, Kanada, İtaliya və Hollandiyada, ən sakit uşaqlar isə Almaniya, Yaponiya və Danimarkada doğulur.
Mütəxəssislər tədqiqatın nəticələrini izah etməkdə hələlik çətinlik çəksələr də, bildirirlər ki, bu, genetik amillərdən və uşaqlara valideynlərin qayğısından asılı ola bilər.