Xəzər Xəbər

Xarici ölkələrdə məktəb yeməkləri - Kimin menyusunda nə var... - SİYAHI-FOTOLAR

Maraqlı | 12:42 • 3 Aprel 2017
Xarici ölkələrdə məktəb yeməkləri -

Hər bir ölkənin məktəb yeməkləri sahəsində öz standartları var. Bu menyularda adətən uşaqların asan həzm edəcəyi yeməklərə üstünlük verilir. Əksər məktəblərdə meyvə suyu əvəzinə süd verir. Ən populyar yeməklər kimi kartof, düyü və kələm salatı görünür.

Modern.azsaytı xarici KİV-ə istinadən 10 ölkənin məktəblərində yer alan şagird menyularını təqdim edir.

İran:

Ölkədəki qanunlara görə, 14 yaşına qədər uşaqlar günorta yeməyində bir fincan süd içə, püstə, təzə meyvə yeyə bilərlər. Ancaq anaların hazırlayaraq çantalarına qoyduqları nahar yeməyi üçün düyü plovu, pomidor və quzu kababı olar.

Cənubi Koreya:

Cənubi Koreya məktəb yeməklərini planlaşdırma sahəsində dünyada ən yaxşı ölkələrdən biridir. Nimçədəki ən böyük iki hissə şorba və düyü üçün ayrılır. Kiçik hissələr salat, dəniz məhsulları, tərəvəz və meyvələr üçündür. Uşaqlara xüsusi ölçü qaşığı içində balıq yağı da verilir.

Yaponiya:

Yapon uşaqlarının yemək menyusu adətən isti şorba, düyü, ev heyvanlarının əti və ya balıq, salat və süddən ibarət olur. Menyuları Cənubi koreyalı şagirdlərin yeməkləri kimidir. Yaponiyada şagirdlərin öz yeməklərini evdən gətirmələri qadağandır.

İngiltərə:

İngilis şagirdlərin menyusunda qızarmış kartof, kök, düyü püresi, salat, meyvə və şokoladı ehtiva edən vafli olur. İngiltərədəki məktəblərdə yeməklər büdcəylə məhduddur, bu səbəblə uşaqlara tez hazırlanan yemək (fast food) təklif edilir.

ABŞ:

Yuta ştatında səhər yeməyinin menyusu: şaftalı, qarğıdalı, toyuq və şorba. Yeməklər Amerika məktəblərində fərqi olur. Çox vaxt, uşaqların sevdiyi fast food-lara üstünlük verilir. Bundan başqa, ailələr də uşaqlara məktəbə aparmaları üçün səhər yeməyi hazırlayırlar.

Tailand:

Nümunəvi bir nahar yeməyində şirin və turş sous, düyü və banan yarpaqları ilə sarılı ət və pudinq var.

Fransa:


Fransada tələbələrin günorta fasiləsi 1-2 saatdır. Bu fasilədə əsasən tələbələr evlərinə gedə bilər. Nümunəvi məktəb menyusunda isə, balıq, ispanaq, kartof, pendir və çörək olur.

Finlandiya:

Finlandiyada şagirdlərin məktəb yeməkləri son dərəcə diqqətə alınır. Hər tələbəyə səhər yeməyi ilə yanaşı, səhər və axşam siniflərində qəlyanaltılar da verilir. Finlandiyada uşaqlar çox çeşidli yeməklər seçəcəkləri bir menyuya malikdirlər. Hər məktəb sağlamlıq problemləri və ya dini üstünlüklərinə görə uşaqlara ayrı-ayrı menyular hazırlayır. Məsələn günorta yeməyində souslu kartof, kartof, salat və müsli kotletlər var.

Rusiya:

Rusiyada tələbələr 9-12 arasında pulsuz nahar edə bilərlər. 12-dən sonra günorta yeməyinə keçirlər. Fotodakı boşqabda bir günorta yeməyi menyusudur: Kolbasa, qarabaşaq və çaydan ibarətdir.

Macarıstan:

Macarıstanda uşaqlar səhər yeməklərində əriştə şorbası, toyuqlu lobya və fındıqlı şirniyyat yeyirlər. Ən populyar menyu budur.

Xəbər lenti