Xəzər Xəbər

Ən sürətlə inkişaf edən ölkələr SİYAHI

İqtisadiyyat | 11:41 • 16 Mart 2025
Ən sürətlə inkişaf edən ölkələr

Beynəlxalq Valyuta Fondunun (IMF) 2025-ci ilin fevral ayına aid son hesablamalarına görə, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları sırasında Türkiyə, Hindistan və Çin ön sıralarda qərarlaşıb.

Son on ildə bu ölkələrin iqtisadi artımı əhəmiyyətli dərəcədə yüksəlib.

M2015-ci ildə Türkiyənin ÜDM-i 918 milyard dollar olduğu halda, 2025-ci ildə bu rəqəm 1.5 trilyon dollara çataraq 59%-lik artım göstərib. Hindistan 2.4 trilyon dollardan 4.3 trilyon dollara yüksələrək 77%-lik iqtisadi böyümə əldə edib. Çin isə 11.2 trilyon dollardan 19.5 trilyon dollara yüksələrək 74%-lik artımla dünyanın ikinci ən böyük iqtisadiyyatı olub.

Türkiyənin sürətli inkişafı əsasən silah sənayesi, neft-qaz sektoru, tekstil, inşaat və avtomobil yan sənayesi ilə bağlıdır. Müdafiə sənayesində əldə edilən uğurlar, xüsusilə Bayraktar PUA-ları kimi texnoloji yeniliklər, ölkənin ixrac potensialını artırıb.

Hindistan və Çin isə texnologiya, istehsal və xidmət sektorlarında böyük inkişaf nümayiş etdirərək qlobal iqtisadiyyatda mövqelərini gücləndiriblər.

Ümumilikdə, 2025-ci il üçün proqnozlar göstərir ki, qlobal iqtisadi artım əsasən inkişaf etməkdə olan ölkələr tərəfindən yönləndiriləcək. (Modern.az)

Rubrikanın digər xəbərləri

Ən sürətlə inkişaf edən ölkələr
Ən sürətlə inkişaf edən ölkələr SİYAHI
11:41 • 16 Mart 2025
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025

Xəbər lenti