Xəzər Xəbər

“Azəriqaz”: Peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq

İqtisadiyyat | 16:00 • 3 Mart 2025
“Azəriqaz”: Peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq

Yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov deyib.

Azər Məmmədov bildirib ki, “Azəriqaz” İstehsalat Birliyinin səmərəliliyini artırmaq və bu sahədə yeni strategiyalar qurmaq da prioritetləri sırasındadır: “Orta müddətli strategiyanın əsas komponentlərindən biri enerji səmərəliliyi ilə bağlıdır. “Azəriqaz” inhisarçı qurumdur, buna görə də fəaliyyətimiz Nazirlər Kabineti tərəfindən müəyyən edilən tənzimləmələrə uyğun olmalıdır. Qazın alışı və satışı, habelə göstərdiyimiz xidmətlərin standartları bu tənzimləmələrə daxildir. Bu kontekstdə, strategiyamız üç əsas komponentdən - tənzimlənən qanunvericilik, səmərəli şəbəkə aktivləri və gələcək şəbəkə arxitekturasının qurulmasından ibarətdir. Əlavə olaraq, şəbəkəmizin 65 il əvvəl qurulduğunu nəzərə alaraq, biz yeni standartlara uyğun şəbəkə

infrastrukturunun qurulmasına xüsusi diqqət yetiririk. Bu, həmçinin itkilərin azaldılması məqsədini də güdür. Köhnə şəbəkəmizdə hələ də itkilər mövcuddur və bu itkilərin daha effektiv şəkildə idarə edilməsi üçün yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq. Ayrıca, rəqəmsallaşma və məlumatların düzgün idarə edilməsi istiqamətində ciddi addımlar atılacaq”.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025
Ərzaq bahalaşıb
Ərzaq bahalaşıb
08:57 • 8 Mart 2025

Xəbər lenti