Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi qəbul olunub.
Xezerxeber.az xəbər verir ki, Dünya Bankı Qrupunun (DBQ) Direktorlar Şurası bugün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) müzakirə etmişdir. ÖTÇ növbəti beş ildə ölkə ilə strateji münasibətlərin istiqamətlərini müəyyənləşdirir və Azərbaycanın daha rəqabət qabiliyyətli, daha yaşıl və inklüziv iqtisadiyyata keçidini və ölkənin qarşısında duran əsas inkişaf çağırışlarının öhdəsindən gəlməyi dəstəkləyəcək.
Bu strategiya iki yüksək səviyyəli nəticəyə fokuslanıb: məhsuldarlığın artırılması və daha yaxşı məşğulluq və iqtisadiyyatın dayanıqlığı və dözümlülüyünün artırılması. Məxsusən, ÖTÇ Azərbaycanda aşağıdakıları dəstəkləyəcək:
“Bu ÖTÇ Azərbaycanın daha dayanıqlı və firavan gələcəyə doğru transformasiyasını dəstəkləmək öhdəliyimizi əks etdirir”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister demişdir. “Əminik ki, tərəfdaşlığımız Azərbaycana iqtisadi potensialını tam şəkildə reallaşdırmağa kömək edəcək”.
BYİB, IFC və MIGA arasında əməkdaşlıq ÖTÇ-nin məğzini təşkil edir. O, investisiyalar və məsləhət xidmətlərinin kombinasiyası vasitəsilə həyata keçiriləcək. DBQ həmçinin inkişafa təsiri maksimum dərəcədə artırmaq üçün digər inkişaf tərəfdaşları və özəl sektorla sıx işləyəcək.
"IFC Azərbaycanda davamlı inkişafa sadiqdir. Bu məqsədlə o, infrastruktur, enerjiyə çıxış, yaşıl maliyyə, kənd təsərrüfatı və su, nəqliyyat və rəqəmsal bağlantılar kimi vacib sektorları gücləndirmək üçün özəl investisiyaları səfərbər edəcək. Bu səylər iqtisadi artımı, iş yerlərinin yaradılmasını və davamlılığı təşviq etmək məqsədi daşıyır”, - deyə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib.
ÖTÇ Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına və iqlim dəyişmələri, qeyri-bərabərlik və kövrəklik kimi qlobal çağırışların həllinin vacibliyini vurğulayan Dünya Bankının Təkamül Yol Xəritəsinə uyğundur.
Azərbaycan Dünya Bankına 1992-ciildə qoşulub. O vaxtdan bəri Dünya Bankı ölkəni iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş 50-dən çox investisiya layihəsi vasitəsilə dəstəkləyib. Azərbaycan həmçinin potensialın artırılması və əsas sektorlarda islahatların həyata keçirilməsi üçün müxtəlif məsləhət və texniki yardım proqramlarından faydalanmışdır.
Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. O vaxtdan bəri IFC Azərbaycana təxminən 900 milyon ABŞ dolları sərmayə qoyub, və maliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrində 60-a yaxın layihəni maliyyələşdirib. O, həmçinin, biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə, kiçik və orta sahibkarlıq və aqrobiznes sahələrində məsləhət xidmətləri göstərib.