Xəzər Xəbər

Azərbaycandan xarici bazarlara pomidor ixracı artıb

İqtisadiyyat | 11:06 • 8 Yanvar 2025
Azərbaycandan xarici bazarlara pomidor ixracı artıb

2024-cü ildə Azərbaycandan xarici bazarlara istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Xezüerxeber.az-a bildirilib ki, ötən il ölkəmizdən xarici bazarlara ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib.

2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,430.4 min dollar dəyərində 145,603.2 ton pomidor ixrac olunub.

Qeyd edək ki, 2023-cü ildə xarici bazarlara 161,957.0 min dollar dəyərində 140,588.0 ton pomidor ixrac edilmişdi. 2023-cü illə müqayisədə ixrac olunan pomidorun həcmi 3,6 faiz, dəyəri isə 8,3 faiz artıb.

Xəbər lenti