Xəzər Xəbər

Türkiyə ixracatda tarixi rekorda imza atıb

İqtisadiyyat | 18:26 • 3 Yanvar 2025
Türkiyə ixracatda tarixi rekorda imza atıb

Ötən il Türkiyədə ixracatdan əldə edilən gəlirlər 2023-cü ilə nisbətən 2,5 faiz artaraq 262 milyard ABŞ dollarına çatıb. İl ərzində ixracat göstəricilərində respublika tarixinin rekordu qırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident Ərdoğan 2024-cü ilin üçüncü rübündə 2,1 faiz artım göstərən ölkə iqtisadiyyatının tam 17 rübdür ki, fasiləsiz böyüdüyünü, 2025-ci il üçün xalis ixracat və sabit sərmayə yatırımlarının da dəstəyi ilə bu böyümənin 4 faizədək artmasının hədəfləndiyini deyib.

Türkiyə Statistika Komitəsi tərəfindən 2024-cü il üçün açıqlanan inflyasiya göstəricilərinin tətbiq olunan siyasətin düzgünlüyünü təsdiqlədiyini bildirən Ərdoğan, ötən ilin yanvar-oktyabr ayları ərzində ölkədə işsizlik səviyyəsinin son 23 ilin ən aşağı səviyyəsinə enərək, orta hesabla 8,8 faizə çatdığını vurğulayıb.

Xəbər lenti